Bakıdan sonra İrəvana getdi - Foto

bakidan-sonra-irevana-getdi
Oxunma sayı: 865

ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” agentliyi yayıb. 

Məlumata görə, səfərin məqsədi avqustun 8-də Ağ Evdə Ermənistanla Azərbaycan arasında sammit zamanı əldə olunan razılaşmalara dəstək verməkdir.

Xatırladaq ki, Kris Makkininin başçılıq etdiyi nümayəndə heyəti dekabrın 3-də Azərbaycana səfər etmişdi.