Bakının bu rayonlarında su olmayacaq

bakinin-bu-rayonlarinda-su-olmayacaq
Oxunma sayı: 2553

İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb. Bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.  

Bu barədə “Azərsu” ASC-dən “Qafqazinfo”ya bildirilib.