Bakının mərkəzində ağac avtomobillərin üzərinə aşdı

bakinin-merkezinde-agac-avtomobillerin-uzerine-asdi
Oxunma sayı: 4086

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb. Bu barədə "Qafqazinfo"ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Qurum sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib:

"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin". 

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edib.