“BakuBus”da təqaüdə çıxan sürücülərlə vida mərasimi keçirildi - Video

bakubusda-teqaude-cixan-suruculerle-vida-merasimi-kecirildi
Oxunma sayı: 1707

“BakuBus” ailəsi illərlə paytaxt sakinlərinə təhlükəsiz, məsuliyyətli və peşəkar şəkildə xidmət göstərmiş sürücülərlə Rəsulov Rəsul, Gözəlov Vaqif, Aslanov Zahir, Nağıyev Heydər, Əzizov Qafar, Həsənov Sahib, Yusubov Binnət və Xudiyev Əlizamin ilə minnətdarlıqla vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, tədbir zamanı “BakuBus” MMC-nin rəhbərliyi sürücülərin uzun illər ərzində göstərdikləri fədakar əməyə, məsuliyyətli xidmətə və şirkətin inkişafına verdikləri töhfələrə görə təşəkkür edib.

MMC-dən bildirilib ki, mərasimin ən duyğulu anlarından biri isə sürücülərin ailə üzvlərinin onlara ünvanladıqları səmimi ürək sözləri və arzularla dolu çıxışlar olub. Onların zəhməti və peşəkarlığı sayəsində minlərlə sərnişin hər gün rahat və vaxtında mənzil başına çatıb.

“BakuBus” ailəsi olaraq, bu yolda bizimlə çiyin-çiyinə addımlayan bütün sürücülərimizə dərin minnətdarlığımızı bildirir, yeni həyat mərhələlərində onlara uğurlar arzulayırıq”, - məlumatda qeyd olunub.