Balakəndə qanunsuz ov edən qonşular saxlanıldı

balakende-qanunsuz-ov-eden-qonsular-saxlanildi
Oxunma sayı: 659

Balakən rayonu Qullar kəndi ərazisində  gecə saatlarında qanunsuz ov edən  iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin  Qullar kənd sakinləri - Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib. Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb.

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.