“Bank of Azerbaijan” müflis elan edilsin” - Baş bankirə müraciət

bank-of-azerbaijan-muflis-elan-edilsin-
Oxunma sayı: 3944

Əmanətçilər “Bank of Azerbaijan”ın müflis elan edilməsi üçün Mərkəzi Banka müraciət ediblər.

Əmanətçilərin vəkili İradə Cavadova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, onlara dekabrın 14-də Mərkəzi Bankdan cavab verilib:

“Məktubda qeyd olunub ki, etibarnamənin təsdiq olunmamış surəti göndərilib. Əmanətçilərin nümayəndəsi kimi müraciət etmişdik. Mərkəzi Bank “Bank of Azerbaijan”la bunu müzakirə edib və belə bir bəhanə ilə cavab verib. Buna görə də mahiyyəti üzrə cavab verilməyib. Etibarnamələrin təsdiq olunmuş variantını bilmirəm neynirlər. Təsdiqlənmiş etibarnamələr məhkəmələr üçün lazımdır. Mən 3 əmanətçinin nümayəndəsiyəm. “Bank of Azerbaijan” həmin şəxslərə may ayı üçün 87 min manat pul ödəməli idi. Ödənişin gecikdirilməsinə görə bu məbləğ hazırda daha da artıb. Mərkəzi Bank bununla sadəcə həmin bankın müflis elan edilməsi prosesini uzadır. Artıq etibarnamələrin təsdiq olunmuş variantı Mərkəzi Banka göndərilib. Növbəti cavabdan asılı olaraq məhkəməyə müraciət oluna bilər”.

Murad Əhməd