Banka yeni sədr təyin olundu - Foto

banka-yeni-sedr-teyin-olundu-foto
Oxunma sayı: 645

“Qafqazinfo” xəbər verir ki, Özmen Ankara İqtisadi və Ticarət Elmləri Akademiyasını Dünya iqtisadiyyatı ixtisası üzrə bitirib. Ümumi olaraq 28 illik bank təcrübəsinə malikdir. Bank sahəsi üzrə əvvəlcə Türkiyə Mərkəzi Bankında mütəxəssis vəzifəsində işə başlayıb, daha sonra Türkiyənin Ziraat Bankında müfəttiş olaraq işləyib və rəhbər vəzifəsinə kimi yüksəlib. Azərbaycan Respublikasında Azər-Türk Bankın və Turan Bankın İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra Azərbaycanda Dünya Bankının maliyyələşdirdiyi və Azərbaycan Hökumətinin dəstəklədiyi kənd təsərrüfatı sahəsi üzrə mikrokreditləri icra edən İcraçı Kredit Agentliyində İdarə Heyəti sədrinin I müavini vəzifəsində olub. Həmçinin, İFAD-ın Kənd Təsərrüfatının İnkişafı üzrə layihəsini həyata keçirən Mikromaliyyə bank olmayan kredit təşkilatında İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qey edək ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 1 Noyabr 2012-ci il tarixin nəticələrinə görə bankın aktivlərinin həcmi 155, 9 mln. manat, depozit portfeli 82, 2 mln. manat, kredit portfeli 127, 5 mln. manat, nizamnamə kapitalı 28, 0 mln. manat təşkil edir.