BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib - Fotolar

banm-in-11-proqrami-beynelxalq-akkreditasiyadan-kecib
Oxunma sayı: 187

Bakı Ali Neft Məktəbinin 11 təhsil proqramı Almaniyanın Akkreditasiya Agentliyi ASIIN tərəfindən beynəlxalq akkreditasiya prosesindən uğurla keçib.

“Qafqazinfo” xəbər verir ki, proqramlar bunlardır:

Bakalavriat səviyyəsi üzrə:

• Neft-qaz mühəndisliyi

• Kimya mühəndisliyi

• Proseslərin avtomatlaşdırılması mühəndisliyi

• İnformasiya təhlükəsizliyi

• Kompüter mühəndisliyi

• Biznesin idarə edilməsi

Magistratura səviyyəsi üzrə:

• Neft və qaz texnologiyası

• Yatağın qiymətləndirilməsi və idarə olunması

• Kibertəhlükəsizlik

• Texniki sistemlərdə idarəetmə

• Biznesin təşkili və idarə edilməsi (MBA) 

Bundan əlavə, proqramların 7-si mühəndislik üzrə beynəlxalq keyfiyyət göstəricisi sayılan EUR-ACE nişanına layiq görülüb. Həmin proqramlar isə aşağıdakılardır:

• Neft-qaz mühəndisliyi

• Kimya mühəndisliyi

• Proseslərin avtomatlaşdırılması mühəndisliyi

• İnformasiya təhlükəsizliyi

• Neft və qaz texnologiyası

• Yatağın qiymətləndirilməsi və idarə olunması

• Texniki sistemlərdə idarəetmə

Beləliklə, ASIIN tərəfindən Bakı Ali Neft Məktəbinə 18 sertifikat təqdim edilib.

Sertifikatlar ASIIN-in icraçı direktoru İring Vasser tərəfindən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova və müvafiq kafedra rəhbərlərinə təqdim olunub.

Bakı Ali Neft Məktəbinin ASIIN akkreditasiyasından uğurla keçməsi münasibətilə keçirilən tədbirdə SOCAR-ın İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Tural Məmmədov, Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov iştirak edərək Bakı Ali Neft Məktəbini təbrik ediblər.