Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Leyla Seyidbəyova özü bildirib.
O, işdən öz ərizəsi ilə çıxdığını deyib.
***
“Trend”in məlumatına görə, Leyla Seyidbəyova Bakı şəhəri 7 saylı Doğum Evinə baş həkim təyin edilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, L.Seyidbəyova öz xahişi ilə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.
Son xəbərlər
Son Xəbərlər