“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” devizi altında təmizlik aksiyası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən növbəti aksiya Şahbuz rayonu Batabat yaylağı ərazisində keçirilib.
Zəruri sanitar ləvazimatlarla təmin olunan aksiya iştirakçıları insanların istirahət üçün üz tutduqları ərazidəki yaşıllıq sahələrində məişət tullantılarını toplayıb, ictimaiyyətə ətraf mühitin mühafizəsi ilə bağlı çağırışlar ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ekoloji-hüquqi maarifləndirmə işləri aparılır, eyni zamanda ətraf mühiti çirkləndirən şəxslərə qarşı inzibati tədbirlər görülür.










Son xəbərlər
Son Xəbərlər