Avrokuboklarda püşkatma həyəcanı

avrokuboklarda-puskatma-heyecani
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Çempionlar Liqasında 1/4 final mərhələsinə İspaniyadan 2, Portuqaliya, Almaniya, İtaliya, İngiltərə, Fransa və Kiprdən 1 klub vəsiqə qazanıb:

"Barselona" (İspaniya)
"Milan" (İtaliya)
"Benfika" (Portuqaliya)
APOEL (Kipr)
"Bavariya" (Almaniya)
"Marsel" (Fransa)
"Real Madrid " (İspaniya)
"Çelsi" (İngiltərə)

Avropa Liqasında isə 3 ispan, 2 alman klubu ilə yanaşı Portuqaliya, Hollandiya və Ukraynanın 1 təmsilçisi yer alıb:

"Atletiko Madrid" (İspaniya)
“Şalke” (Almaniya)
“Sportinq” (Portuqaliya)
“Metallist” (Ukrayna)
“Atletik” (İspaniya)
“Valensiya” (İspaniya)
“AZ Alkmaar” (Hollandiya)
“Hannover” (Almaniya)

Ümumilikdə, bu mövsüm Avrokuboklarda mübarizəni davam etdirən 16 komandanın yarısını İspaniya (5) və Almaniya (3) təmsilçiləri təşkil edir.
Çempionlar Liqasının püşkatması Bakı vaxtı ilə saat 14:45-də, Avroliqanın püşkatması isə 16:00-da başlanacaq.

Ceyhun Əhmədov