Avropa İttifaqından Suriyaya yeni sanksiya

avropa-ittifaqindan-suriyaya-yeni-sanksiya-
Oxunma sayı: 659

“Media forum”saytı xəbər verir ki, yeni sanksiyalar əsasən Suriya Mərkəzi Bankı və bu ölkənin aviasiya şirkətləri ilə əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutur.

Avropa İttifaqı indiyə qədər Suriyaya qarşı 11 sanksiya paketi qəbul edib.

2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. Müxalif qüvvələrin məlumatına görə, indiyəcən 7 min 500 etirazçı və dinc sakin qətlə yetirilib. Bəşər Əsəd Suriyaya 2000-ci ildən prezidentlik edir. 1971-2000-ci illər arasında isə prezident postunu onun atası Hafiz Əsəd tutub.