Avropalı terrorçunun dəhşətli antitürk manifesti yayımlandı

avropali-terrorcunun-dehsetli-antiturk-manifesti-yayimlandi
Oxunma sayı: 676

Norveçdə partlatdığı bomba və törətdiyi qətliamla 93 nəfərin həyatına son qoyan şəxsin internetdə yayımlanan terror manifesti ortaya çıxıb. “Qafqazinfo”nun məlumatına görə, hadisədən 6 saat əvvəl internetə qoyulan türk və müsəlmanların əleyhinə yazılmış 1518 səhifəlik manifestdə terrorçunun 2006-cı ildən bəri yazdıqları qeydlər əks olunub. Mətndə ən çox yer alan sözlər arasında türk, Türkiyə, Osmanlı üstünlük təşkil edir.
Soyuqqanlı qatil Anders Behrinq Breiviq terroru kütlələri oyandırmağın ən yaxşı vasitəsi hesab etdiyini bildirib: “Fikirlərimi anlada bilmək üçün bu vacib idi. Dünyanın gördüyü ən böyük canavar olmaq istəyirdim”.

İslama və türklərə qarşı olan Anders Behrinq Türkiyənin Avropa Birliyinə daxil olacağı təqdirdə Avropanın islamlaşacağını və bunun qarşısını almaq üçün yeni bir xaçlı savaşın başlanılmasına ehtiyac olacağına inanırdı. Türkiyənin islamlaşdığını söyləyən terrorist onun NATO-dan çıxarılmasının tərəfdarı olduğunu da qeyd edib. Breiviqin “Bir Avropa Müstəqillik Bəyanatı 2083” adı verdiyi manifestində Avropanın islamlaşdığını iddia edərək yeni bir xaçlı yürüşə ehtiyac yarandığını fikrini irəli sürüb. Avropada müsəlman sayının çox olduğu ölkələrin siyahısını çıxaran norveçli ilk hədəf kimi Fransanın adını çəkib. Manifestdə , həmçinin türklərin 1.5 milyon ermənini qətlə yetirərək soyqırım törətdiyi iddialarını da irəli sürüb. Breivik polisdəki ilk ifadəsində məqsədini həyata keçirdiyi üçün çox xoşbəxt olduğunu bildirib: “İnsanların fikirlərimi oxuması üçün bunu etməliydim. Qəddar olduğunu bilirəm, amma vacib idi. İkinci dünya müharibəsindən sonra dünyanın gördüyü ən böyük canavar olmaq istəyirdim”.

Səidə