Bayden-Putin görüşü keçirilə bilər

bayden-putin-gorusu-kecirile-biler
Oxunma sayı: 1119

“Amerika lideri Co Bayden böhranın həllinə kömək edərsə, rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə hazırdır”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununda açıqlamasında deyib. 

Blinken daha əvvəl bildirib ki, Rusiya “danışıqlar və ya münaqişə” seçimi qarşısındadır. Onun sözlərinə görə, ABŞ hər iki varianta hazırdır. O, Rusiya qoşunlarının Ukrayna sərhədini keçməsinin işğal kimi qiymətləndiriləcəyini və buna cavab veriləcəyini vurğulayıb.