Bayden Türkiyəyə yardım üçün göstəriş verdi

bayden-turkiyeye-yardim-ucun-gosteris-verdi
Oxunma sayı: 4515

“Türkiyədə və Suriyada baş verən zəlzələ nəticəsində insan tələfatı və dağıntılar məni çox kədərləndirdi”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden tviter hesabında yazıb.

“Mən komandama Türkiyə ilə koordinasiyada vəziyyəti yaxından izləməyə və lazım olan hər cür yardımı göstərməyə davam etməyi tapşırmışam”, - Bayden qeyd edib.