Bayram günü geomaqnit qasırğası ola bilər

bayram-gunu-geomaqnit-qasirgasi-ola-biler
Oxunma sayı: 1184

18-24 mart tarixlərinə olan kosmik hava proqnozu açıqlanıb.

Şamaxı Astrofizika Rəsədxanasından “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə Günəş fəallığı orta səviyyədə olub.

Proqnoz günlərində Günəş küləyinin sürətinin martın 17-si baş vermiş Tac Kütlə Atılmalarının (TKA) təsiri ilə 20 mart tarixinə artacağı gözlənilir.

17 martda qeydə alınmış TKA-nın təsiri ilə 20 martda G1 (zəif) geomaqnit qasırğası baş verməsi ehtimalı var. Həmçinin Tac Dəliyindən çıxan Yüksək Sürətli Zərrəciklər Selinin martın 24-ü Yerə təsiri gözlənilir.