Bayramda milli parkları bu qədər turist ziyarət edib - Fotolar

bayramda-milli-parklari-bu-qeder-turist-ziyaret-edib
Oxunma sayı: 1755

Bayram tətili günlərində zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımızı 3540 nəfər turist ziyarət edib.

Bu barədə “Qafqazinfo”ya Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

O bildirib ki, tətil günlərində ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklarımız Göygöl, Şirvan və Abşerondur.