“Təhsil almağını istəyirəm” - 17 yaşlı oğlanla qaçan qızın atası

tehsil-almagini-isteyirem
Oxunma sayı: 5163

Aprelin 17-də Bakıda 16 yaşlı qız kredit ödənişi adı ilə evdən çıxıb və evə qayıtmayıb.

“Qafqazinfo” Xezer Tv-yə istinadən xəbər verir ki, ata qızının özündən bir yaş böyük oğlanla qaçdığını deyib.

Yeniyetmə qızın atası bildirib ki, qızının təhsil almağını istəyir və övladı yanvar ayından etibarən tibb kursuna gedirdi.

O, həmçinin qızının təzyiq altında olduğunu qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, qız və oğlan hazırda Şamaxı rayonundadırlar. Onlarla bağlı qanunamüvafiq tədbirlər görüləcək.

Daha ətraflı videomaterialda: