Bayramov pakistanlı həmkarı ilə danışdı

bayramov-pakistanli-hemkari-ile-danisdi
Oxunma sayı: 214

Azərbaycan və Pakistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in “X” hesabında paylaşılıb. 

Tərəflər söhbət zamanı regionda davam edən hadisələr və iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.