Azərbaycan oğlanları

<b>Azərbaycan oğlanları</b>
Oxunma sayı: 565

Haşiyə - Təbii ki mən gecələr küçələrdə avtoşluq edib qulaqbatırıcı musiqi sədaları altında avtomobil idarə edən gənclərimizi nəzərdə tutmuram. Yəni söhbət əksəriyyətdən gedir.

Ancaq bu qığılcımı, bu coşqunu biz bu ilin may ayında Almaniyada keçirilən “Eurovision” yarişmasında Eldarla Nigarın timsalında yaşadıq. Ölkəmizin, millətimizin, bayrağımızın, adət və ənənəmizin təbliği baxımından bu qələbənin önəmi ölçüyə sığmayacaq həddədir desəm yanılmaram. Altı çızıləsi bir fakt isə, ermənilərin dünyada bizimlə bağlı formalaşdırmağa çalışdıqları “vəhşi” xalq imicini bir musiqimizlə alt-üst edə bildik. Çünki emənilərin həmişə beynəlxalq aləmə sırımağa çalışdıqları “vəhşi” xalq heç vaxt dünyaya Üzeyir bəy, Niyazi, Rəşid Behbudov kimi simalar verə bilməzdi. Uzun sözün qısası - “Eurovision” insanlarımızı yerindən yaxşı mənada tərpədə bildi. Biz başqa işlərdə də uğur qazanacağıq mesajini verdi. Gələcəyə daha inamlı baxmağa başladıq.

Bu hadisənin təsirindən çıxmamış daha bir uğur bizləri ağuşuna aldı. Bu günlərdə Türkiyənin İstanbul şəhərində güləş idman növü üzrə keçirilən Dünya çempionatında idmançılarımızın qazandığı uğurlar bizə güvən verdi.
Doğrudur, bəlkədə çoxlarınız “Evrovision”la bunun araslnda bir əlaqə qura bilmədiyinizdən nə olsun ki? sualı ilə qarşılaşa bilərsiniz. Ona görə ki, Azərbaycanın son illər idmanda qazandığı uğurlar bir- birini sürətlə əvəzləyir desək yanılmarıq. Ancaq burda da altını xüsusilə çizmək istədiyim məqamları sizinlə tam səmimiyyətimlə bölüşmək istəyirəm.
Xatirlayirsinizsa, təxminən 4 ay oncə məhz bu saytda “Nə etməli?” başlıqlı köşə yazımda sizinlə Azərbaycanda güləş məktəbinin uğurlarından və bu sahədə yerli güləşçilərimizin heç də legionerlərdən geri qalmaması barədə fikirlərimi bölüşmüşdüm.

Hətta açıq şəkildə nəyə görə, yığmanın kapitanı Cəbrayıl Həsənov yox, Xetaq Qazyumov olması barədə sual da irəli sürmüşdüm. Doğrudur, o zaman bu köşədən sonra yazılan şərhlərdə məni dəstəkəyənlər olduğu kimi, əks fikir söyləyənlər də az olmadı. Və mən bunu normal olaraq da qəbul etdim. Ancaq bu günlərdə Türkiyənin İstanbul şəhərində güləş idman növü üzrə keçirilən Dünya çempionatında idmançılarımızın qazandığı qələbə işimin çox, zamanımın isə az olmasına rəğmən məni bu köşəni yazmağa vadar etdi.

Bəli, mənimlə zamanlnda razılaşmaq istəməyən bəzi dostlarımı şəxsən təbrik etmək istədim. Təxminən 4 ay bundan oncə Azərbaycanda güləş məktəbinin ənənəsinin tarixinin olması ilə bağlı söylədiklərim özünü doğrultdu. Bu dəfə həmişəki kimi Azərbaycan oğlanları dünyaya biz lazım gələndə kürəyi yerə vurmağı bacarırıq fikrini bir daha söylədilər. Bunu yalnız idmanda deyiı, başqa sahələrdə də, hətta torpağımızı azad etmək üçün də edəcəyik mesajı verdilər. Bəli qürürvericidir hadisədir. Həmdə son dərəcə ruhlu bir əhval-ruhiyyədir. Son uğurda nəinki oğullarımız, hətta qızlarımızin belə dünyaya barmaq sirkələməyi bacarmaları, bir daha onu deməyə əsas verdi ki, bu torpağın övladları ərənlər nəslidir... Bəli... Biz susa bilərik, kənarda gözləyə bilərik, ancaq nərə çəkdiyimiz an torpaq ayağımızın altında tərpənər. Guləşçilərimizin son qələbəsi bizə imkan verdi ki, bunu dünyaya bir daha göstərə bilək. Hətta xüsusilə qeyd etmək istəyirəm ki, 4 ay yazdığım yazıda mənim üçün Azərbaycan yiğmasının əsl kaptanı Cəbrayıl Həsənovun olması faktı isə bir daha özünü təsdiqlədi. Çünki təəssüflə qeyd etməliyəm ki, bir Azərbaycan qızında - Sona Əhmədovada xalq dili ilə desək olan “qeyrət”i biz komandamızın kapitanı Xetaq Qazyumovdan görə bilmədik...

Bu isə bir daha mənim o yazıda haqlı olduğumu bir daha təsdiqləmiş oldu.
Mən bu uğurlar münasibəti ilə hamını, xüsusilə, Azərbaycan idmanına olan diqqəti ilə uğurlarımızın artmasının əsl səbəbkarı olan prezident İlham Əliyevi təbrik edirəm. Eyni zamanda da, 4 ay bundan əvvəl qeyd etdiyim fikirlərimi bir daha idman arenasında millətimizə, dövlətimizə yaşatdıqlarına görə, Azərbaycan övladlarına təşəkkür edirəm. Çünki kim gəlsə də, bu dövlətin, bu millətin şanlı bayrağını Sizin kimi fəxrlə, qürürla və başı dik çiyinləri üzərində dalğalandıra bilməz. Getdiyiniz yolunuz uğurlu, qələbələrinizin sayı çox olsun. İşğalda olan torpaqlarımıza girmək iqtidarındayıq mesajınız isə çox tezliklə çin olsun. Amin!!!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi