Azərbaycan voleybolu tarixində ilk!

azerbaycan-voleybolu-tarixinde-ilk
Oxunma sayı: 683

“Qafqazinfo”nun qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, qitənin ən nüfuzlu turnirinin iştirakçılarının sayı 20-dən 24-ə çatdırılıb.

Çempionlar Liqasına birbaşa 15 komanda vəsiqə qazanıb ki, bunlar arasında yeganə Azərbaycan təmsilçisi “Rabitə”dir. CEV-in “wild card” verdiyi 9 klub arasında isə 2 Azərbaycan klubu yer alıb. Bunlar “Azərreyl” və “Lokomotiv”dir. Beləliklə, Azərbaycan ilk dəfə Çempionlar Liqasında 3 iştirakçı ilə təmsil olunacaq.

Ceyhun Əhmədov