Deputat Gülər Əhmədovanın rüşvət olayı bu gün də ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalıb. Sözügedən olar maraqlı proseslərlə davam etməkdədir. Bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında G. Əhmədova ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilsə də, parlament susqunluq nümayiş etdirib və biz bu barədə xəbər yaymışıq. Lakin parlamentdə sözügedən olayın yaratdığı aktuallıq kimi ortaya çıxan mühüm təkliflər də səslənib. “Qafqazinfo” xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlament tərəfindən deputatların etik davranış kodeksinin qəbul edilməsinin zəruriliyini vurğulayıb. Komitə sədri deyib ki, millət vəkillərinin fəaliyyətini tənzimləyən iki qanunvericilik aktı var: “Biri Milli Məclisin nizamnaməsi, digəri isə deputatın statusu haqqındadır. Nizamnamə Milli Məclisin daxilində iclaslar zamanı millət vəkillərinin fəaliyyətini tənzimləyir. Digər akt isə millət vəkilinin mənsub olduğu statusa, imtiyazlara həsr olunub. Hakimiyyətin digər iki qolunun dövlət qulluqçularının və hakimlərin etik davranış kodeksi mövcuddur. Qanunvericilik hakimiyyətinin nümayəndələrinin isə etik davranışını tənzimləyən akt mövcud deyil” .
Əli Hüseynli bildirib ki, bütün sivil ölkələrdə millət vəkillərinin davranışını tənzimləyən kodeks mövcuddur: “Bu kodekslər təkcə millət vəkilinin Milli Məclisdə iclaslar zamanı fəaliyyətinin yox, həm də onun işdən kənar cəmiyyət və ictimaiyyət arasında da davranışını tənzimləyir. Çünki millət vəkili qanunvericilik hakimiyyətinin nümayəndəsidir. Onun işdən kənar davranışı da müəyyən çərçivədədir” .
Millət vəkili belə bir qanunun qəbul olunması ilə bağlı təklif verilib: “İntizam komissiyasının sədri Siyavuş Novruzovla da bu barədə söhbətimiz olub. Onlar da bu təklifi dəstəkləyirlər. Artıq işçi qaydasında belə bir sənəd mövcuddur. Düşünürük ki, bu işi sürətləndirib sessiyada parlamentdə təklif edə bilərik” .
Komidə sədri Milli Məclisdəkı çıxışının parlament rəhbərliyi tərəfindən də dəstəklənəcəyinə inandığını deyib: “Qanunvericilik təşəbbüsü hüququmuzdan istifadə edib payız sessiyasına bu təklifi təqdim etmək niyyətindəyik”.
Son xəbərlər
Son Xəbərlər