Əhmədzadənin məhkəməsi başladı

ehmedzadenin-mehkemesi-basladi
Oxunma sayı: 686

“Qafqazinfo”nun məlumatına görə, məhkəmə prosesində Meliorasiya və Su Təsərrüfatı ASC- nin nümayəndələri və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Məhkəmə prosesi iyulun 29-dək təxirə salınıb və prosedur qaydaları əsas gətirilərək iddiaçı tərəfdən növbəti məhkəməyə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının Əsasnaməsini təqdim etməyi tələb edib.

Məlumat üçün bildirək ki, bir müddət “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı 2010- cu ilin yazında baş vermiş daşqınların səbəblərini araşdırmaq məqsədi ilə son illər ölkədə su təsərrüfatı sisteminin idarə olunması, bəndvurma və sahil bərkitmə işlərinin həyata keçirilməsi, Kür- Araz çaylarının lildən təmizlənməsi və s. istiqamətdə ayrılan vəsaitlər və görülən işlər barədə sözü gedən quruma müraciət edərək məlumat istəyib. Meliorasiya və Su Təsərrüfatı ASC- nin verdiyi cavabı natamam və qeyri-qənaətbəxş qiymətləndirən “Kür” Qərargahı bununla bağlı məhkəməyə müraciət edib.

Fatimə Kərimli