Belarus Qarabağda yenidənqurmada iştirak etməyə hazırdır

Belarus Qarabağda yenidənqurmada iştirak etməyə hazırdır
Oxunma sayı: 821

Dekabrın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. Nazir Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aprıblar.