Belarus səfiri Ermənistan XİN-ə çağırıldı - Pelosiyə görə

belarus-sefiri-ermenistan-xin-e-cagirildi
Oxunma sayı: 3323

Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, buna səbəb Belarus XİN-in rəhbəri Vladimir Makeyin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri ilə bağlı son açıqlamaları olub.

Bildirilir ki, nazirlikdə Ermənistan tərəfinin iradı qarşı tərəfə bildirilib.

Qeyd edək ki, Vladimir Makey öz açıqlamasında Nensi Pelosinin Ermənistana səfəri kimi səfərlərin mövcud münaqişələri gərginləşdirdiyini deyib.