Belarusdan Aİ-nin sanksiyalarına - Reaksiya

belarusdan-ai-nin-sanksiyalarina
Oxunma sayı: 2084

Belarus Avropa ittifaqının (Aİ) sanksiya qərarlarına reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Aİ-nin sanksiya qərarları miqrant böhranı ilə əlaqəsi olmayan Belarus bizneslərini əhatə edir. Qlobal miqrasiya böhranının əsl səbəbləri nəzərə alınmır və bütün məsuliyyət Belarusun üzərinə düşür.

"Aİ Belarusa qarşı sanksiya qərarlarının absurdluğu dərindir və onun məzmununu başa düşmək çətindir", - Belarus XİN bildirib.

Açıqlamada qeyd olunub ki, bütün bu siyasətlərin məqsədi Belarusu iqtisadi cəhətdən boğmaqdır:

“Belarusların həyatını mümkün olduğu qədər çətinləşdirməkdir. Aİ barbar və qeyri-insani sanksiyaların qaldırılmasını tələb edən milyonlarla belaruslunun çağırışlarına qulaq asmır”.

Vurğulanıb ki, Belarus tərəfinin qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün sağlam düşüncəyə, aşkara çıxarılan faktlara, texniki danışıqlara və əlavə tədbirlər görməsinə baxmayaraq, Avropa rəsmiləri riyakarlıqla miqrasiya böhranı ilə bağlı sanksiya qərarı uydurub.

XİN bildirib ki, Belarus Qərbin bu cür çətinlikləri ilə ilk dəfə qarşılaşmır:

“Sanksiyalar hər iki tərəfə mənfi təsir göstərəcək. Aİ-nin qəbul etdiyi bu qərarlara qarşı sərt, asimmetrik və müvafiq tədbirlər görüləcək”.

Həmçinin oxuyun: Belarusa qarşı növbəti sanksiyalar tətbiq olundu