Belçikada daşqınlarda ölənlərin sayı artdı

belcikada-dasqinlarda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1119

İyulun 14-15-də Belçikanın cənub rayonlarında baş vermiş daşqınlarda ölənlərin sayı artaraq 41 nəfər olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Valloniya əyalətinin rəhbəri Elio di Rupo məlumat verib. Daha 2 nəfərin isə axtarışları davam etdirilir.

Qeyd edək ki, daşqınlar Namyur və Dinant şəhərlərinə ciddi maddi ziyan vurub.