“Belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur” - Baş infeksionist

“Belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur”
Oxunma sayı: 11068

"Test hallarının neqativ çıxması müəyyən hallarda mümkündür"

"Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev "Real İntervyu"da qonaq olarkən deyib.

O bildirib ki, test nəticəsinin neqativ çıxmasının müxtəlif səbəbləri var:

"Birincisi, ola bilər ki, test üçün material düzgün götürülməyib. İkincisi də, ola bilər xəstədən test gec götürülüb. Nəticədə proses daha aşağı şöbələrdə yayılır - ağciyərdə buzlu şüşə effekti yayılmış olur. Bu zaman yuxarı şöbələrdə virusun aşkarlanması az hallarda olur. Amma bununla bərabər buzlu şüşə simptomu müsbət olur və xəstədə kliniki əlamətlər aşkarlanır. Adətən belə xəstələr Covid-19 xəstələri kimi müalicə olunur, müşahidəyə götürülür, təcrid olunur. 

Buzlu şüşə sindromu varsa və digər əlamətlər mövcuddursa, xəstədə bu zaman tənəffüs darlığı yaranır. Belə xəstələr mütləq müşahidə altına alınıb müalicə olunmalıdır. Covid-19-un müalicəsində istifadə olunan preparatlar burada da tətbiq olunur". 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi