Bələdiyyə seçkiləri ilə bağlı işçi qrup yaradıldı

belediyye-seckileri-ile-bagli-isci-qrup-yaradildi
Oxunma sayı: 1123

Bu il dekabrın 23-nə təyin edilmiş Bədiyyə seçkilərində namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə ilə işçi qrupu yaradılıb.

"Qafqazinfo" xəbər verir ki, işçi qrupunda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən yer alıb.

Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev isə işçi qrupunun rəhbəri təyin edilib.