Bərdədə ferma sahibi 15 yaşlı qızı döydü

berdede-ferma-sahibi-15-yasli-qizi-doydu
Oxunma sayı: 2140

Bərdə rayonunda 15 yaşlı qız işlədiyi ferma sahibi tərəfindən döyülüb.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Kövər kəndində qeydə alınıb.

2006-cı il təvəllüdlü R. C. ailəsi ilə birlikdə işlədiyi fermanın sahibi Quliyev İlham Fəxrəddin oğlu və Quliyev İxtiyar İlham oğlu tərəfindən döyülüb.

Müxtəlif xəsarətlər alan R. C. Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli