Bərdədə güclü yanğın, icra başçısı hadisə yerinə gəldi - Fotolar+Yenilənib

berdede-guclu-yangin-icra-bascisi-hadise-yerine-geldi
Oxunma sayı: 8686

Bərdədə Koroğlu küçəsində güclü yanğın baş verib.

"Qafqazinfo" xəbər verir ki, hazırda davam edən yanğın nəticəsində 10-a yaxın obyekt yanıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Yanğının çay evindən başladığı bildirilir.

Hadisə yerinə rayon icra hakimiyyəti başçısı Vidadi İsayev də gəlib.

***

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

 

Tural Hüseynli