ABŞ bütün immiqrant vizası müraciətlərini dayandırdı

abs-butun-immiqrant-vizasi-muracietlerini-dayandirdi
Oxunma sayı: 342

ABŞ Dövlət Departamenti ölkəyə immiqrasiya etmək istəyən şəxslərin bütün viza müraciətlərinin qəbulunu müvəqqəti dayandırıb. Qərar Tramp administrasiyasının həm qanuni, həm də sənədsiz immiqrasiyaya nəzarəti sərtləşdirdiyi bir vaxtda qəbul edilib.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Departamentinin rəsmisi bildirib ki, yeni tətbiqə avqustun əvvəlindən bütün ABŞ səfirlikləri və konsulluqlarında başlanılıb.

Bu çərçivədə viza müraciətlərinin daha ətraflı nəzərdən keçirilməsi üçün konsulluq əməkdaşlarına əlavə təlimlər verilir.

Rəsminin sözlərinə görə, məqsəd bütün vizaya görə müraciət edənlərin eyni meyarlarla və hərtərəfli şəkildə qiymətləndirilməsini təmin etməkdir.

“Financial Times”ın məlumatına görə, artıq viza müsahibəsi üçün vaxt təyin edilmiş bəzi şəxslərə görüşlərinin ləğv edildiyi barədə elektron məktublar göndərilib. Onlara yeni görüş tarixinin və vaxtının daha sonra bildiriləcəyi qeyd olunub.