Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi

Berdiməhəmmədov bibisi oğlunu istefaya göndərdi
Oxunma sayı: 3515

Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov bibisi oğlu Əhməd ​​Geldimuradovu “Türkmənqaz” dövlət konserninin sədr müavini vəzifəsindən azad edib.

“Qafqazinfo” “Central Asia” nəşrinə istinadən xəbər verir ki, buna səbəb ​​Geldimuradovun paytaxt Aşqabadda yerləşən barlardan birində yüksəkrütbəli prokurorla dava etməsi olub. 

​​Bildirilir ki, sərxoş vəziyyətdə olan Geldimuradov şüşəni prokurorun başına vuraraq sındırıb. İnsidentin isə təqribən 1 ay əvvəl baş verdiyi qeyd olunub. 

Məlumata görə, insident sözügedən məkanın müşahidə kameraları tərəfindən lentə alınıb. Daha sonradan insidentin videosunu Prezident Sərdar Berdıməhəmmədova və atası Qurbanqulu Berdıməhəmmədova göstəriblər. Bunun ardınca isə ölkə Prezidenti Geldimuradovun işdən azad olunması barədə qərar qəbul edib.