Berdımuhammedov sirkdə at sürdü - Video

berdimuhammedov-sirkde-at-surdu
Oxunma sayı: 1658

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov at minərək sirk arenasına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fərqanə” saytı məlumat yayıb. Bildirilir ki, “Qalkınış” qrupunun milli atçılıq oyunlarını izləyən Berdımuhammedov daha sonra idmançılarla söhbət edərək onlara hədiyyə bağışlayıb.

Bundan sonra o, at üstünə qalxaraq arenada bir neçə dövrə vurub. Prezidentin performansı alqışlarla qarşılanıb.