Bergüzarla Halit Türkiyədən köçür - Fotolar

berguzarla-halit-turkiyeden-kocur
Oxunma sayı: 7440

Türkiyənin tanınmış cütlüyü – aktyor Halit Ergenç və aktrisa Bergüzar Korel ölkədən köçmək qərarına gəlib.

“Qafqazinfo” “SnobMagazin”ə istinadən xəbər verir ki, cütlük üç övladı ilə bərabər İngiltərənin London şəhərinə köçəcək.

Məlumata görə, onlar paytaxt şəhərdə ev alıblar.  

İkili çəkilişlər olduqca İstanbula gələcək, kamera qarşısına keçəcək.

Korel son günlər instaqram hesabında tez-tez Londonda çəkdirdiyi şəkilləri paylaşır.