Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Mil qəsəbəsində baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib.
Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Hüseynli
Son xəbərlər
Son Xəbərlər