Beyləqanda Gənclər Günü qeyd edildi - Fotolar

beyleqanda-gencler-gunu-qeyd-edildi
Oxunma sayı: 489

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon icra hakimiyyətinin inzibati binasında tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, şöbə və sektor müdirləri, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə. Əzizov tədbiri giriş nitqi ilə açaraq Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin mahiyyəti və strateji əhəmiyyətindən bəhs edib. RİH başçısı qeyd edib ki, bu siyasətin ideoloji əsasları ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış, hazırda isə onun layiqli davamçısı – Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə ardıcıl və məqsədyönlü olaraq davam etdirilir.

Ə.Əzizov gənclərin inkişafına yönəlmiş bu siyasətin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüs və layihələrinin mühüm rol oynadığını vurğulayaraq bildirib ki, dövlətin sistemli dəstəyi gənclərin ictimai-siyasi həyatda fəallığının artmasına, eləcə də müxtəlif sahələrdə əldə etdikləri uğurlara geniş imkanlar yaradıb. O, bu siyasətin real nəticələrinin xüsusilə Vətən Müharibəsində qazanılan tarixi zəfərdə gənclərin həlledici rolu ilə bir daha təsdiq olunduğunu qeyd edib.

Tədbirin davamında RİH başçısı 2 Fevral – Gənclər Günü münasibətilə rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup gənci fəxri fərmanlarla təltif edib.

Daha sonra Beyləqan Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb. Etibar İmanov ağsaqqal kimi gənclərə öz tövsiyələrini verərək onları vətənpərvər, savadlı və məsuliyyətli vətəndaşlar olmağa çağırıb.

Tədbirin sonunda Beyləqan Rayon İcra Hakimiyyəti başçısı aparatına yeni təyin olunan Vətən müharibəsi müharibəsi qazisi, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Qiyas Məmmədli çıxış edib. O, göstərilən etimada görə minnətdarlığını bildirərək, gənclərin dövlətçilik dəyərlərinə sadiq olmasının, Vətənə xidmətin hər bir gəncin əsas borcu olduğunu vurğulayıb.