Beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verildi

beynelxalq-axtarisda-olan-tacikistan-vetendasi-olkesine-tehvil-verildi
Oxunma sayı: 1454

Axtarışda olan Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, başqa ölkələrin ərazisində silahlı birləşmələrdə qanunsuz olaraq iştirak etməkdə təqsirləndirilərək 2023-cü ildə beynəlxalq axtarışa verilmiş Tacikistan vətəndaşı, 1976-cı il təvəllüdlü Yusupov Mamur İkromoviçin verilməsinə dair Tacikistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

Mamur Yusupov 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanlarına təhvil verilib.