Bəzi sahələrə verilən qazın tarifi dəyişdirilməyib

bezi-sahelere-verilen-qazin-tarifi-deyisdirilmeyib
Oxunma sayı: 2385

Elektrik stansiyalarına verilən təbii qazın tarifi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Tarif Şurasının bu gün qəbul etdiyi qərarda bildirilib. Qeyd edilir ki, bu addım təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün atılıb. 

Qərarda həmçinin bildirilir ki, iqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb.