FEMEN Mişel Platiniyə seks hücumu hazırlayıb

femen-misel-platiniye-seks-hucumu-hazirlayib
Oxunma sayı: 669

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, qrupun yaradıcılarından olan İnna Şevçenko Ukrayna-Fransa oyunundan əvvəl aksiya keçirən üzvlərinin həbs olunduğu xatırladaraq, polislə mübarizə apara biləcək qədər güclü olduqlarını deyib: “Hökumət və UEFA prezidenti Mişel Platini Avro-2012 sayəsində Ukraynanı bir fahişəxanaya çevirdi. Bir çox gözəl, amma təhsilsiz qadın alınıb satıldı. Euro 2012-dəki hər oyunu dayandırmaq üçün planlar hazırlamışıq, lakin uğurlu olmadı. Yenə də Platiniyə qarşı bir aksiya hazırlayırıq. Bu, bir seks hücumu olacaq”.

Şevçenko Platiniyə hazırlanan təcavüz məsələsində başqa məlumat verməyib.