Biləcəridəki yanğın söndürüldü - Video+Yenilənib

bilecerideki-yangin-sonduruldu
Oxunma sayı: 4055

Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində təkər tullantıları yanır.

“Qafqazinfo” xəbər verir ki, hadisə “Lokomativ” deposunun yaxınlığında qeydə alınıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

***

Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində açıq sahədə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi ilə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən 20 dəqiqə müddətində məhdudlaşdırılmaqla, qısa müddətdə tam söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar sahədə quru ot, kol-kos və dəmiryolu şpalları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib.