Biləsuvarda maşın aşdı, üç yaralı - Fotolar

bilesuvarda-masin-asdi-uc-yarali
Oxunma sayı: 2322

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar şəhəri yaxınlığında baş verib.

Belə ki, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü Atakişiyev İlqar Mehman oğlunun idarə etdiyi BMW markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların həyati təhlükələrinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov