Binadakı yanğında uşaqlar belə xilas edildi - Video+ Yenilənib

binadaki-yanginda-usaqlar-bele-xilas-edildi
Oxunma sayı: 3565

Bu gün Həzi Aslanov metrosunun yaxınlığında çoxmərtəbəli binanın 17-ci mərtəbəsində yanğın baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanğın zamanı binada qalan azyaşlı polis tərəfindən xilas olunub.

Polisin fədakarlıq göstərərək uşağı xilas etməsi ilə bağlı təsirli görüntülər ortaya çıxıb:

Bu gün baş verən yanğında eyni zamanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşının da digər uşağı xilas etməsi ilə bağlı görüntü yayılıb:

***

Bakının Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

“Qafqazinfo”ya FHN-dən verilən məlumata görə, yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.