“İndən belə adam olmaq, gecdi axı...” - Günün şeiri

inden-bele-adam-olmaq-gecdi-axi-gunun-seiri
Oxunma sayı: 841











Çörəyin daşdan çıxırsa,
Qab-qacağı neyləyirsən?
Bir məclisdə yerin yoxsa,
Qanacağı neyləyirsən?

Şaxta canından keçəndə,
Səni doğrayıb biçəndə, -
Üzün-gözün kül içində,
Bu ocağı neyləyirsən?

Dön, sağına-soluna bax;
Hamı ağıllı, sən axmaq,
İndən belə adam olmaq
Gecdi axı,neyləyirsən?!...