Binəqədidə “Dini radikalizmə qarşı” mövzusunda tədbir keçirildi - Fotolar

bineqedide-dini-radikalizme-qarsi-movzusunda-tedbir-kecirildi
Oxunma sayı: 1470

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Binəqədi Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizə”” mövzusunda seminar-müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakmiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və tələbə heyəti iştirak etdi.

Tədbirdə giriş nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakmiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə tədbirlərin həyata keçirilməsi, bu sahədə müvafiq dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edildiyini vurğuladı: “Mürəkkəb geosiyasi mövqedə yerləşməsinə baxmayaraq, bu gün Azərbaycanın dünyanın ən sabit və inkişaf edən ölkələrindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin müasir dövrün reallıqları nəzərə alınmaqla müvəffəqiyyətlə icra edilir”.

Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbədən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun mənəvi gücündən, gənclərin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin rolunun əhəmiyyətindən danışıb. 
Sonda gəncləri maraqlandıran suallar tədbirin qonaqları tərəfindən cavablandırılıb.