Binəqədidə özünü qüllədən atmaq istəyən şəxs xilas edildi - Video

bineqedide-ozunu-qulleden-atmaq-isteyen-sexs-xilas-edildi
Oxunma sayı: 1907

Binəqədi rayonunda qülləyə çıxmış şəxs xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, ötən gecə FHN-in "112" qaynar telefon xəttinə Binəqədi rayonunda 1 nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs intihar məqsədilə qülləyə çıxıbmış.