Bərdədə 4 nəfər qidadan zəhərlənib.
“Qafqazinfo” xəbər verir ki, dekabrın 7-si saat 08 radələrində 1968-ci il təvəllüdlü Vüqar Əliyev, arvadı Elza, oğlu Şəmistan və onun arvadı Təhminə yaşadıqları Xanərəb kəndidən xəstəxanaya çatdırılıblar.
Onlara zəhərlənmə diaqnozu qoyulub. Ailə üzvlərinin evdə qidadan (pomidor turşusu) zəhərləndiyi bildirilib.
Təhminə Əliyevanın vəziyyəti ağır, digərlərinin vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər