Bir ailənin faciəsinə səbəb olmuş qəzanın - Görüntüsü

bir-ailenin-faciesine-sebeb-olmus-qezanin
Oxunma sayı: 8238

Oktyabrın 10-da Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb. 

“Qafqazinfo” BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülərdə 1999-cu il təvəllüdlü İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yüksək sürətlə yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpdığı əks olunub.

Qeyd edək ki, qəza nəticəsində avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fəxri Umudovun ölümündən sonra həyat yoldaşı-34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq həyatına son qoyub. Onların 2 yaşlı övladı var.