Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Xaçmazın İstisu qəsəbəsindən keçən yoldakı çuxura avtomobil düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsinə ciddi zərər dəyib.
Minik avtomobilini iki metrədək dərinliyi olan çuxurdan çıxarmaq üçün əraziyə texnika cəlb edilib.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, aprelin 6-dan bağlı olan bu yolda tezliklə təmir işlərinə başlanılacaq: “Ölkə başçısının sərəncamına əsasən, sel və daşqınlardan zərər çəkən ümumilikdə 25 yol, yol ötürücüsü və digər qurğularda bərpa işləri aparılmalıdır. Hazırda bəzi ərazilərdə işlərə başlanılıb. Həmçinin sərəncamdan irəli gələn digər məsələlərlə bağlı iş aparılır. Yaxın vaxtlarda Xaçmaz rayonunda qeyd edilən yolda da bərpa işlərinə start verilməsi nəzərdə tutulur”.
Son xəbərlər
Son Xəbərlər