Bir ildir atalarını görmürdülər - Qazi ailələri Türkiyəyə aparıldı+Video

Bir ildir atalarını görmürdülər
Oxunma sayı: 2299

“YAŞAT” Fondu Türkiyədə müalicə olunan hərbçilərimizə yeni il sürprizi edib. Bir ildir yaxınlarından uzaqda olan hərbçilərin ailələrinin Türkiyəyə səfəri təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, ailələrlə İstanbulda hərbçilərin müalicə aldıqları xəstəxanada görüş təşkil olunub. Görüş qazilərin övladları üçün gözlənilməz olub. Bir ildir atalarını görməyən uşaqlar sevincdən göz yaşlarını saxlaya bilməyiblər. Qazilər Yeni il ərəfəsində ailələrinin, uşaqlarının yanlarında olmasına sevinən qazilər bu şəraiti yaratdığına görə “YAŞAT” Fonduna minnətdarlıqlarını bildiriblər.

“Qafqazinfo” qazilərin ailələri ilə görüşündən hazırlanmış videonu təqdim edir: